"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Kamran Əliyev Səudiyyəyə səfər etdi

20 Dekabr 2022 - 19:28
in GÜNDƏM

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq mühafizə orqanları rəhbərlərinin yüksək səviyyəli görüşündə iştirak məqsədilə Səudiyyə Ərəbistanı Krallığının (Krallıq) Ciddə şəhərində səfərdədir.
Bu barədə Elchi.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
İclası giriş sözü ilə açan ev sahibi, Krallığın Nəzarət və Korrupsiyaya qarşı Mübarizə üzrə Qurumunun (Nazaha) Prezidenti Mazin bin İbrahim Əl Kahmus yüksək səviyyəli konfransı açıq elan edərək qəbul ediləcək Korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Məkkə Konvensiyasının iqtisadi cinayətkarlığa qarşı işbirliyinə verəcək töhfədən danışıb.
Açılış iclasında çıxış edən Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi və rəhbərliyi ilə ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə sahəsində aparılmış genişmiqyaslı islahatlardan, o cümlədən qanunvericilik və institusional tədbirlər haqda görüş iştirakçılarını məlumatlandırıb. Həmçinin qeyd olunub ki, ölkəmiz İƏT çərçivəsində hüquqi əməkdaşlığa böyük önəm verərək Məkkə Konvensiyasının qəbul olunmasını dəstəkləyir.
57 üzv dövlətin baş prokurorları, ədliyyə, daxili işlər nazirləri, müstəqil antikorrupsiya qurumlarının və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin çıxışlarından sonra Konvensiya layihəsi yekdilliklə qəbul edilib.
Səfər çərçivəsində Baş prokuror Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə Qurumununun Prezidenti Mazin bin Ibrahim Əl-Kahmus ilə ikitərəfli görüş keçirib. 2023-cü ilin yanvar ayında ölkəmizin Baş Prokurorluğu ilə Krallığın Nazaha Qurumu arasında imzalanması nəzərdə tutulan Əməkdaşlıq haqqında memorandumla əlaqələrimizin bundan sonra yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə olunub.
Həmçinin, səfər zamanı Kamran Əliyevlə İNTERPOL-un baş katibi Yurgen Ştok arasında ikitərəfli görüş keçirilib. Görüşdə cinayətkarlıqla mübarizə sahəsində müsbət təcrübənin formalaşması və bu sahədə İnterpol-un vacib rolu qeyd olunub.
Tədbirlərdə ölkəmizin Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev iştirak edib.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Yunanıstanda casus qalmaqalı: Ordu üzvləri də dinlədi

Next Post

Ukrayna Rusiya ərazisini vurdu

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
Ukrayna Rusiya ərazisini vurdu

Ukrayna Rusiya ərazisini vurdu

Paşinyan Sankt-Peterburqa səfər edəcək

Paşinyan Sankt-Peterburqa səfər edəcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.