Kanada Hərbi Hava Qüvvələrinə məxsus ilk “Leopard 2” tankı olan təyyarə Kiyevə doğru havaya qalxıb.
Elchi.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu Kanadanın müdafiə naziri Anita Anand deyib:
“Kanada Ukrayna xalqının yanındadır və biz Ukrayna Silahlı Qüvvələrini qələbə üçün lazım olan vasitələrlə təmin etməyə davam edəcəyik”.
Ümumilikdə Kanada hökuməti Müdafiə Nazirliyinin balansında olan bu tipli dörd tankı Kiyevə təhvil verməyi planlaşdırır. Çatdırılmalar yaxın həftələrdə təşkil olunacaq.
Eyni zamanda, “Spiegel”in nəşrində qeyd olunub ki, bütün NATO ölkələri birlikdə yaxın gələcəkdə Ukraynaya 14 “Leopard 2” tankı verə biləcəklər. Nəşr xatırladıb ki, iki həftə əvvəl Almaniya hökuməti 32-dən 60-a qədər döyüş maşını göndərəcəyini vəd etmişdi.
Yeganə




