Kanada Kral Hərbi Hava Qüvvələrinə məxsus Chinook tipli hərbi helikopter Ottava çayına düşüb. Qəza nəticəsində 2 əsgərin öldüyü, 2 əsgərin yaralandığı açıqlanıb.
Elchi.az İHA-ya istinadən xəbər verir ki, Kanada Müdafiə Nazirliyindən verilən açıqlamada Kanada Kral Hərbi Hava Qüvvələrinə məxsus Chinook tipli hərbi helikopterin təlim uçuşu zamanı Ontario ştatının Petavava şəhərindəki hərbi baza yaxınlığında Ottava çayına düşdüyü açıqlanıb.
Kanadanın baş naziri Castin Trüdo verdiyi açıqlamada vertolyotda olan 2 əsgərin həyatını itirdiyini, 2 əsgərin isə yaralı olaraq qəzadan sağ çıxdığını bildirib.
Trudeau bildirib ki, qəza ilə bağlı hərtərəfli araşdırma aparılacaq.
Qəzanın səbəbi hələlik məlum deyil.
Nuranə Məmmədova




