
Kanada polisi paytaxt Torontoda ABŞ səfirliyinə qarşı planlaşdırılan hücumun qarşısını aldıqlarını bəyan edib.
Avropa.info xəbər verir ki, Kanadanın DİN-i Stiven Blin deyib ki, həbs olunan şəxs İŞİD tərəfdarıdır.
İstintaqın müəyyən etdiyinə görə həbs edilən şəxs 2004-cü ildən bəri Kanadada yaşayan Pakistan əsilli, 33 yaşlı Cahanzeb Malikdir. Kanada hökuməti həmin şəxsi ölkədən departasiya etməyi düşünür.



