Kanadanın Halifax şəhərində meşə yanğını ilə əlaqədar bir həftəlik fövqəladə vəziyyət elan edilib.
Elchi.az xəbər verir ki, Kanadanın Yeni Şotlandiya əyalətinin (Yeni Şotlandiya) paytaxtı Halifax meşə yanğını ilə mübarizə aparır. Sakinlərin təxliyəsi və elektrik enerjisinin kəsilməsi ilə nəticələnən meşə yanğını ilə əlaqədar şəhərdə bir həftəlik fövqəladə vəziyyət elan edilib.
Məlum olub ki, alov yaşayış məntəqələrinə çatıb və şəhərin səmasını dumanla əhatə etdiyi aydın olub.
Halifax Bələdiyyəsi sakinləri hava şəraiti yaxşılaşana qədər pəncərə və qapıları bağlamağa və evdə qalmağa çağırıb.
İlk təxliyələrin aparıldığı Vestvud Hillsdə 10 ev dağılıb.
Yerli hakimiyyət orqanlarından verilən açıqlamada bildirilib ki, təcili tibbi yardım qrupları və yanğınsöndürənlər bütün gün ərzində insanları təxliyə və yanğını söndürmək üçün çalışıblar.
Kanadanın qərbindəki Alberta əyalətində mayın 5-də başlayan meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan edilib və minlərlə hektar ərazi külə dönüb.
Nuranə Məmmədova





