Kanadada meşə yanğınlarında yanan ərazilərin sayı və evlərindən evakuasiya edilən insanların sayı baxımından rekord səviyyəyə çatdığı açıqlanarkən, yanğın mövsümünün yalnız yarısının geridə qaldığı ifadə edilib.
Kanada meşə yanğınları ilə mübarizə aparır.
Elchi.az İHA-ya istinadən xəbər verir ki, Kanada Təşkilatlararası Vəhşi Yanğın Mərkəzinin (CIFFC) məlumatına görə, qərbdə Britaniya Kolumbiyasından şərqdə Yeni Şotlandiyaya qədər ölkə üzrə 676 nöqtədə yanğınların söndürülməsi davam edir.
Yanğınların 385-i nəzarətdən çıxsa da, 186-sı nəzarət altına alınıb. Yanğınların əksəriyyəti Kvebek, Alberta və Britaniya Kolumbiyasında qeydə alınıb. Kvebekdə 141, Albertada 114 və Britaniya Kolumbiyasında 114 aktiv yanğın var. Bu il ölkədə 3475 meşə yanğını baş verdiyi halda, 9 milyon hektar ərazi kül olub.
Bildirilib ki, ötən gün baş verən yanğınlarda 8,8 milyon hektar ərazi külə dönüb. Bu rəqəmlə 1989-cu ildə külə çevrilən 7,6 milyon hektarlıq yanan sahənin rekordu qırılıb.
Bundan əlavə, 8,8 hektar sahə son 10 ildə yandırılmış ümumi meşə sahəsinin orta göstəricisindən təxminən 11 dəfə çoxdur.
Nuranə Məmmədova





