Kanadanın Manitoba əyalətində baş verən yol qəzasında 15 nəfər ölüb.
Elchi.az xəbər verir ki, Kanadanın CTV News telekanalının xəbərinə görə, Manitoba ştatının Carberry şəhərindən keçən dövlətlərarası magistralda yük maşını və bir servis maşını toqquşub.
İlkin məlumata görə qəzada 15 nəfər ölüb.
Bildirilib ki, hadisə yerinə gedən tibb qrupları yaralılara müdaxilə edərək, onların bölgədəki xəstəxanalara çatdırılması üçün iş aparıb.
Qəzaya uğrayan xidməti avtomobilin əlillərin, qocaların və ya hərəkət qabiliyyəti məhdud şəxslərin istifadə etdiyi nəqliyyat vasitəsi olduğu paylaşılıb.
Nuranə Məmmədova





