Şimali Afrika sahillərindən İspaniyanın Kanar adalarına doğru qeyri-qanuni mühacirləri daşıyan qayığın batması nəticəsində 51 nəfərin öldüyü, 4 nəfərin xilas edildiyi xəstəxanaya aparıldığı açıqlanıb.
Elchi.az xəbər verir ki, Caminando Fronteras (QHT) qeyri-hökumət təşkilatının nümayəndələrindən biri Helena Maleno Twitter hesabında “Kanar adalarına gedərkən batan bir qayıq 51 qeyri-qanuni miqrantın həyatına son qoyub” dedi.
Maleno qayığın Mərakeşin cənubundakı Tan Tan sahilindən yola düşdüyünü və ölən 51 nəfərdən 11-nin qadın və 3-nün uşaq olduğunu bildirib.
İspaniya baş nazirinin müavini və əmək naziri Yolanda Diaz 51 qeyri-qanuni miqrantın ölümünə görə kədərləndiyini və Aİ-nin immiqrasiya siyasətini həyata keçirməsinin vacib olduğunu bildirən bir mesaj yayımladı.
İyunun 22-də Kanar adalarından 80 mil aralıda immiqrantları daşıyan qayıq batdı və 39 immiqrant həyatını itirib.
Şayəstə Hüseynova




