Karib dənizinin şimal-şərqində 6,6 bal gücündə zəlzələ baş verib.
Elchi.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) 6,6 bal gücündə, episentri Karib adaları ölkəsi Antiqua və Barbuda olan zəlzələnin yerli vaxtla saat 20:28-də və 10 kilometr dərinlikdə baş verdiyini bildirib.
Rəsmilər ilkin məlumatlara görə, zəlzələdə can və ya mal itkisinin olmadığını bildirib.
Zəlzələnin Puerto Riko və Virgin adalarında da hiss olunduğu bildirilib.
Zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.
Nuranə Məmmədova




