Rusiyanın mərhum səfiri Andrey Karlovun qətli ilə əlaqədar aparılan istintaq çərçivəsində daha bir nəfər saxlanılıb.
Türkiyə mətbuatı xəbər verir ki, saxlanılan şəxsin sui-qəsdçi Mərt Altıntaşla telefon əlaqəsi saxladığı məlum olub.
Adı açıqlanmayan şübhəsi polis idarəsində dindirilib. Onun qətlə əlaqəsinin olub-olmaması araşdırılır. Səfirin qətli ilə əlaqədar daha əvvəl 3 nəfər, o cümlədən iki polis əməkdaşı həbs olunub.
Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov ötən ilin dekabrın 19-da Ankarada sərgidə çıxış edərkən polis əməkdaşı Mövlud Mərd Altıntaş tərəfindən qətlə yetirilib.
.jpg)



