"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Kaş ki Darya ölməsəydi…

22 Avqust 2022 - 22:41
in MÖVQE

“Rusiyada yeni avrasiyaçılıq siyasi cərəyanın baş ideoloqu, Aleksandr Duqinin qızı Darya Dugina qətlə yetirilib. Deyəsən, Qasım Süleymaninin qətli, Rusiyanın Ukraynaya hücumu kimi bu hadisə də cəmiyyətimizin ictimai fəal kəsimini ikiyə bölüb. Qətlə sevinənlər də varmış, üzülüb “Azərbaycan və Türkiyənin böyük dostu”na başsağlığı verənlər də , məqtulənin Əhli-beytin şəfaəti ilə cənnətə düşəcəyini müjdələyənlər də”.

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Elchi.az xəbər verir ki, bu barədə Prezident Administrasiya İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun sabiq müdiri Cəmaləddin Quliyev Feysbuk hesabında qeyd edib:

“Hər ölüm, üzücüdür, hətta düşmənin də ölümü. Duqinsə hər halda düşmən sayılmaz. Xüsusən Lələtəpə alınandan sonra gəlib əsgərlərimizi təşviq etməsini unuda bilmərik. Amma heç dost da sayılmaz. O yalnız öz xalqının, həm də rus kimliyinin yox, məhz velikorus şovinizimi daşıyıcılarının dostudur. Maraqlarına uyğun gələndə bizlə, gəlməsək, düşmənimizlə dost olar.
Hərəkatını təzə elan etdiyi illərdə Rusiyanın dostu kimi Ermənistanı və İranı göstərməsi, Azərbaycan və Türkiyəni əks cəbhə bilməsini beləmi tez unutduq? O illər onun avrasiyaçılıq, postmodern geopolitika kimi nəzəriyyələri haqda yazdıqlarından , virtual akademiyasındakı çıxışlarından həvəslənmiş bir –iki azərbaycanlı macəraçı Rusiya-İran-Azərbaycan üçbucağı və s. haqda yazılar düzüb qoşurdular.
AKP-nin hakimiyyətə gəlişi, daha sonra antiamerikançı mövqeli ərgənəkonçular həbsdən buraxılması, keçmiş maoçu Doğu Perinçekin avrasiyaçı kəsilməsi, Türkiyə iqtidarının Rusiya ilə yaxınlaşmaya balans siyasətini tərkib hissəsi baxması Duqinə, Duqinin də Türkiyəyə baxışlarında xeyli korrektələr etdi”.

C.Quliyevin sözlərinə görə, baxmayaraq ki, Duqin İran haqda düşüncələrində hər hansı dəyişiklik yoxdur:

“Yenə də İranda tez tez səfərdə olur, Qumda mühazirələr oxuyur, “provaslav və şiə sivilzasiyaları”nın, son vaxtlar isə provaslavlıq, şiəlik və təmiz yəhudiliyin koalsiyasından danışır, Həcc ziyarətini ləğv edib yalnız Ərbəini saxlamağı təklif edir, özü də Ərbəin yürüşünə gedib və s.
2000 –ci illərin əvvəllərində Azərbaycanda Jirnovskinin partiyası ilə bağlı 90-larda buraxılmış səhv nəzərə alınırdı deyə lehimizə olmasalar da, ən azı neytral qalmaları üçün Qlazyev və Rogozinin müvəqqəti siyasi təşkilatları ilə də, Sergey Mironovun özü qədər mənasız “Ədalətli Rusiyası” ilə də, Leonid Slutski vasitəsilə Jirikin LDP si ilə işləməyə çalışlıb.
Həmin illər erməni mediası Azərbaycanın mərhum Heydər Camalın Duginlə keçmiş əlaqələrindən istifadə edərək rus siyasi elitasına təsir etməyə başladığını yazırdı. Duqinlə Heydər Camal 70-ci illərdə birlikdə rus millətçi “Pamyat” təşkilatında təmsil olunmuşdular. H. Camal sonradan öz müsəlman-azərbaycanlı kimliyinə dönüş edib ”Pamyat”dakı ideoloji xətdən uzaqlaşsa da, Duqin işin kəhanətinə gedib çıxdı, velikorus millətçiliyini ilk dəfə bu qədər sistemləşdirə, ona modern, postmodern qılaf verməyə, dünyada müəyyən qədər ardıcıllar da yığmağa müvəffəq oldu.
Türkiyə və Azərbaycanın böyük dost sayılmasının səbəbi də budur- həm bizim lobbiçiliyimiz edib-hesab edək ki, təmənnasız edib(amma yəqin ki buna heç biriniz inanmırsız), həm də Türkiyə və Azərbaycanda Rusiyanın, Rusiyanın genişlənmə, böyümə, təsir dairəsini artırma siyasətinin lobbiçisi, təbliğatçısı olub. Belə görünür ki, yetərincə də uğurlu mübəlliğ olub. Arada Azərbaycan ünvanına hədələrindən də qalmayıb- ya filan təşkilata qoşulun, ya da… Hesab edin ki, bunu da belə dostyana- ərk edərək deyib.
Hər bir ölüm acıdır, üzücüdür, üstəlik, lehimizə xoş sözlər işlətmiş atanın yenə də lehizimizə xoş sözlər sərf etmiş gənc, gözəl qızının ölümü bizə xoş təsir edə bilməz.
Kaş ki siyasi ixtilaflar müharibə yolu ilə həll edilməsəydi. Kaş ki Duqinin Ukrayna kimliyini, ukraynalıların ana dilində danışmaq, yazmaq, müstəqil dövlət olmaq hüququnu inkar edən çoxsaylı çıxışları, yazıları olmasaydı, o təhrikedici çıxış və yazılar bu gün Ukraynanı işğala bəraət verən bəhanələr kimi istifadə olunmasaydı.
Kaş ki o mənhus savaşın–məqtul, itikin, qaçqın qismində 15 milyon ukraynalı qurbanı olmasaydı.
Kaş ki o savaşda sizə və mənə doğma tuvalılar, ləzgilər, inquşlar, başqırdlar, avarlar.. Ukrayna ordusuna qarşı top lüləsini örtən ət(пушечное мясо) kimi qırğına verilməsəydi. Və kaş ki Darya qətlə yetirilməsəydi.
Baş verən hadisəni “terror”, “diversiya”, “qisas”, “hərbi əməliyyatı düşmənin arxa cəbhəsinə keçirmək” .. adlandırmaq isə yanaşmalardan asılıdır. Təəssüf ki, bəşəriyyət siyasi ixtilafları müharibəsiz çözmək yolunu hələ ki seçməyib.
Və bir də heç bir övlad LGBT-çi ana ilə şovinist atanın bir birinə daban -dabana zidd ideoloji uyuşmazlığı arasında ömrünün ən mənalı gənclik illərini bica xərcləməsin. İlahi inayət Daryanın o dünyasını himayə, bizi də ideoloji vurnuxmalardan hidayət etsin!”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Türkiyə Rusiyadan neft alışını iki dəfə artırdı

Next Post

BMT-dən Duqinin qızı ilə bağlı AÇIQLAMA

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post
BMT-dən Duqinin qızı ilə bağlı AÇIQLAMA

BMT-dən Duqinin qızı ilə bağlı AÇIQLAMA

Baydenə dəstək niyə azalır?

Baydenə dəstək niyə azalır?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.