Gürcüstana anti-Rusiya sanksiyaları tətbiq etməkdən imtina etdiyi üçün Aİ-yə namizəd statusu verilməyib.
Elchi.az xəbər verir ki, Tbilisi meri bildirib ki, hakimiyyət Avropa İttifaqının bütün tövsiyələrini yerinə yetirmək üçün diqqətlə işləyir.
Gürcüstana Avropa İttifaqına üzv namizəd statusu respublikanın hakimiyyət orqanlarının anti-Rusiya sanksiyalarına qoşulmaqdan imtina etməsi səbəbindən verilməyib. Belə bir bəyanatla bazar ertəsi, mayın 1-də hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze çıxış edib.
“Namizəd statusunun verilməsindən imtina siyasi qərar idi və cəmiyyət bunun niyə baş verdiyini çox yaxşı anladı. Gürcüstan hökuməti onlar üçün problemdir, çünki o, sanksiyalara qoşulmur, müharibəyə başlamır, ölkədə “ikinci cəbhə” açmır”, – Gürcüstan paytaxtının rəhbəri bildirib.
Kaladze qeyd edib ki, hakimiyyət Avropa İttifaqına namizəd statusu almaq üçün Gürcüstana təqdim edilmiş 12 tövsiyənin icrası üzərində diqqətlə işləyir. Onun sözlərinə görə, status verilsə, “şadıq”, yoxsa, “bu, problem deyil”.
Yada salaq ki, bir müddət əvvəl Gürcüstanın baş naziri İrakli Qaribaşvili anti-Rusiya sanksiyalarının tətbiqini istisna etmiş və qeyd etmişdi ki, istənilən qərarın qəbuluna daha böyük məsuliyyətlə yanaşmaq lazımdır.
Şayəstə Hüseynova






