İndiana ştatının İndianapolis şəhərində keçmiş uşaq bağçasının müdiri valideynlərinin razılığı olmadan uşaqlara yuxu hormonu saqqızı verməkdə günahlandırılıb.
Elchi.az xəbər verir ki, ABŞ məhkəmə sənədlərinə görə, pastor Devid Folk polisə deyib ki, o, Kumberlenddəki Yeni Həyat Kilsəsi uşaq bağçasının direktoru, 52 yaşlı Tonya Rachelle Voris və bir işçinin 1-4 yaşlı 17 uşalaqra valideynlərinin razılığı olmadan melatonin (yuxu hormonu) saqqızı verdiyini öyrənib.
Folk bildirib ki, Voris etiraf etdikdən sonra işdən çıxarılıb, lakin digər şəxs hələ də uşaq baxçasında işləyir.
O, 17 cinayətə görə mühakimə olunacaq.
Voris, himayəsində olan uşaqlara baxarkən səhlənkarlığına və məsuliyyətsiz davranışına görə 17 maddə ilə ittiham olunacaq.
Bəzi valideynlər övladının yuxuya getməməsi və qızartı kimi yan təsirləri olduğunu polisə bildirib.
Həbsxana sənədlərinə görə, Voris saxlanıldıqdan sonra zaminə buraxılıb.
Şayəstə





