Birləşmiş Ştatların başçılıq etdiyi beynəlxalq koalisiya qoşunlarının çıxarılması Amerika hakimiyyətinin tam uğursuzluğudur, bunun nəticələri uzun illər ərzində aradan qaldırılmalı olacaq. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Maykl Pompeo “Twitter” səhifəsində yazıb.
“ABŞ prezidenti Co Baydenin administrasiyası özünü günahdan azad etməyə çalışır. Onlar günahı başqalarının üzərinə atmağa çalışırlar, lakin bizim Talibanla danışıqlar yanaşmamızdan niyə imtina etdiklərini və ya mülki şəxslər təxliyə edilməzdən əvvəl Baqram aviabazasını niyə tərk etdiklərini izah etmirlər. Qoşunların çıxarılması qərarı hərbi-siyasi rəhbərliyin tam uğursuzluğudur və biz bu səhvlərin əvəzini illər boyu ödəyəcəyik”, o, bəyanatında bildirib.
ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması 2021-ci ilin yazında başlayıb. Amerika hərbçilərinin kontingentinin azalmasından istifadə edən Taliban yaraqlıları ölkənin bir sıra rayonlarını və artıq avqustun 15-də onun paytaxtı Kabili ələ keçirib. Avqustun 31-nə keçən gecə Birləşmiş Ştatlar Əfqanıstanda təxminən 20 illik hərbi mövcudluğuna son qoyaraq qoşunlarının ölkədən çıxarılmasını başa çatdırdı.
Havar Şəfiyeva





