"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Keçmiş rəisin arvadı həbs olunub, özü isə… — Şok təfərrüat

01 İyun 2016 - 14:39
in XƏBƏR LENTİ

Keçmiş rəisin arvadı həbs olunub, özü isə... —  Şok təfərrüat

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin keçmiş rəisi Mahir Əkbərovun arvadı Leyla Əkbərova bir ildən çoxdur ki, külli miqdarda dələduzluqda ittiham olunaraq həbsdədir, eks-rəisin özü də dələduzluqda ittiham olunur.

Təhlükəsizlik məqsədi ilə adının açıqlanmasını istəməyən zərərçəkmiş A.Məmmədova “Qafqazinfo”ya müraciət edərək keçmiş qudası Mahir Əkbərov və onun həyat yoldaşı Leyla Əkbərovadan şikayətçi olduqlarını bildirib.

O deyib ki, Əkbərovlar ailəsi ilə 2014-cü ildə tanış olub: “Bir müddət sonra yaxınlığımız daha da artdı, onun qızı ilə qardaşım nişanlandı, amma sonra nişan qaytarıldı”.

A.Məmmədova bildirib ki, Mahir Əkbərov onun həyat yoldaşından ikinci təhsil almaq və işə düzəltmək adı ilə külli miqdarda pul alıb: “Mənim yoldaşım özəl universiteti bitirdiyi üçün ikinci təhsil olaraq hüquq fakültəsində oxumaq istəyirdi. Mahir Əkbərov demişdi ki, yoldaşımı Dövlət İdarəçilik Akademiyasına tələbə kimi düzəldəcək. Guya, Mahirin anası Nigarin orada tanışı var idi. Mahir bu adla yoldaşımdan 10 min manat aldı, neçə ay keçdi, iş həll olmadı. Sonra Leyla dedi ki, Mahirin Naxçıvan Dövlət Universitetində Qızıltac adlı qohumu var, dekandır, yoldaşımı ora düzəldəcək. Bu dəfə 6500 manat istədilər, onu da həmin 10 mindən çıxdılar. Bizə də bir sənəd verdilər ki, guya, tələbə kimi qəbul olunma haqda əmrdir, sonradan onun da saxta olduğunu bildik. Leyla sənədi internet klubda çap etdiribmiş”.

Zərərçəkmiş şəxs qeyd edir ki, Leyla Əkbərova bundan sonra işədüzəltmə fəaliyyətinə başlayıb: “Bu hadisədən sonra Leyla mənə dedi ki, gəl səni müəllimə kimi işə düzəldim. Diplomumu götürüb apardı, sonra zəng edib dedi ki, Təfəkkür Universitetindən verilən bu diplom saxtadır. Təhsil Nazirliyində bu işi ört-basdır etmək üçün Leyla məndən 5 min manat istədi. Onların da bizə 3500 manat verəcəyi var idi deyə, 1500 manat əlavə verdim. Növbəti dəfə məhz işə düzəlmək üçün də əlavə 5 min manat verdim. İnternat məktəblərinin birində Sosial Müdafiə Nazirliyinin nümayəndəsi olaraq işləyəcəkdim, yəni evlərə gedib uşaqlara dərs deyəcəkdim. Bu iş düzələcək deyə-deyə uzatdı, dekabr ayında dedi müəllimliyi neynirsən, gəl səni direktor müavini düzəldim. Yanvar ayında dedi bu düzəlmir, səni peşə məktəbinə direktor qoyacağam. Direktor olmağım üçün əlavə 5 min manat istədi, yoxum idi, dedi gəl sənin qızıllarını “Lombard”a qoyaq. Beşlik qızıllarımı ora qoyub 7 min pul götürüb ona verdim. Leyla Əkbərova bunun ardınca yoldaşımı əvvəlcə Fövqəladə Hallar Nazirliyinə, sonra Prezident Aparatına işə düzəltmək üçün 42 min manat aldı.

Bundan sonra yaxın qohumlarımızdan bəzilərini işə düzəltmək, bəzilərinə isə pensiya düzəltmək üçün 100 min manata yaxın pul aldı”.

A.Məmmədova bildirir ki, hazırda Mahir Əkbərov onun mobil telefonunu izlədir: “Bu işdə zərərçəkmiş şəxs kimi tanınmışıq deyə hələ də Leylanın pul “atdığı” adamlar bizə zəng edir. Bu qeyd etdiklərimdən əlavə də xeyli adamı aldadıb. O, bizə və başqalarına verdiyi vədlərdə müxtəlif dövlət qurumlarında işləyən yüksək vəzifəli şəxslərin adından istifadə edirdi. İndi Mahir Əkbərov azadlıqda olduğu üçün istintaqa və məhkəmə orqanlarına müxtəlif yollarla təzyiq edir, onlara hansısa təkliflər etdiyi barədə bizə məlumatlar daxil olub”.

Əkbərovlar ailəsinin bu pulları hara xərclədiyi də bəlli olub: “Mahir demişdi, Babək prospektində “Aysun” şadlıq sarayı var, alınan pulları ora xərcləyiblər. Mahirin başqa bir qardaşı bu restoranı dələduzluq yolu ilə 250 min manata satıb. Bizdən aldıqları pulları həmin adama qaytarıblar. Ümumi olaraq, məndən təxminən 110 min manat, yaxınlarımızla birgə isə 160 min manat pulumuzu dələduzluq yolu ilə mənimsəyib. Bütün bu işləri Mahir Əkbərov təşkil edib və bir neçə dəfə yoldaşımı “ilişdirmək” üçün onun maşınına silah qoyub. Amma hər dəfə bunun üstü açılanda Mahir deyirdi ki, yadımdan çıxıb qalıb. Mənim müraciətimin əsas səbəbi budur ki, Mahir Əkbərov da istintaqa cəlb edilsin”.

Zərərçəkmiş A.Məmmədovanın hüquqlarını müdafiə edən vəkil Vasif İsrafilov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, məsələ ilə bağlı 2015-ci ilin mart ayında Baş Prokurorluğa müraciət ediblər: “Aprel ayında Leyla Əkbərli saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Baş Prokurorluqda Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri ilə cinayət işi açıldı və istintaq işi aparılması üçün Daxili İşlər Nazirliyinə göndərilib.

95 saylı orta məktəbdə müəllimə işləyən Leyla Əkbərova, Mahir Əkbərovun qardaşı Elçin Əkbərov vasitəsilə xaricə qaçmaq istəyirdi, istintaqın çağırışlarına da gəlmirdi. Onun xarici pasportunun vaxtı bitdiyi üçün “ASAN” xidmətdə pasportunu dəyişdirəndə saxlamışdılar”.

Qeyd edək ki, Elçin Əkbərov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib. Hazırda Almaniyada mühacir həyatı yaşayır.

Bu arada əlavə edək ki, M.Əkbərova 2014-cü ildə nazir Ramil Usubov tərəfindən töhmət elan edilib. Binəqədi RPİ-dən “Qafqazinfo”ya bildirilib ki, Mahir Əkbərov hazırda orada işlmir və Nizami RPİ-yə təyinat alıb. Nizami RPİ-dən də verilən məlumata görə isə Mahir Əkbərov orada Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili olub, bir müddət sonra isə polis orqanlarından xaric edilib. Güman olunur ki, Mahir Əkbərov DİN sistemindən uzaqlaşdırılması bu hadisələrlə bağlıdır.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Hava yenidən pisləşəcək – Xəbərdarlıq

Next Post

Uorlik: Prezidentlərin iyun görüşünü səbirsizliklə gözləyirik

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Uorlik: Prezidentlərin iyun görüşünü səbirsizliklə gözləyirik

Ermənilər kənd tikintisini yarımçıq saxladı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.