Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla ABŞ Dövlət katibi Con Kerri arasında telefon danışığı olub.
Axar.az xəbər verir ki, söhbət zamanı Suriyada baş verən son hadisələr və terrorçu qruplaşmalarla mübarizədə əməkdaşlıq potensialı müzakirə olunub.
Lavrov ABŞ-la əlaqəli müxalif qrupların terrorçu təşkilatlardan ayırd edilməsinin zəruriliyini qeyd edib.
Bu arada Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov İranın “Tasnim” agentliyinə açıqlamasında Vaşinqton və Moskvanın Hələbdə razılaşmaya yaxın olduğunu deyib.
“Hələb mövzusunda anlaşmanın bir neçə addımlığında olduğumuzu düşünürəm. Hərbi mütəxəssislər önümüzdəki bir neçə saat ərzində razılıq əldə etmək üçün təkrar bir araya gələcək”, – nazir müavini qeyd edib.




