Ümid edirəm ki, yanvarın 20-dən ölkə rəhbərliyinə keçəcək Tramp adminstrasiyası Astanada Suriya danışıqları ilə bağlı baş tutacaq konfransda iştirak edəcək.
Axar.az xəbər verir ki, bu fikirləri ABŞ Dövlət katibi Con Kerri səsləndirib.
Xatırladaq ki, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Qazaxıstan paytaxtında Suriya münaqişəsinin nizamlanması üzrə danışıqlar üçün ABŞ-ın da dəvət olunması ilə bağlı Rusiya tərəfi ilə razılığa gəlindiyini bildirib.




