Əgər Rusiya və İran Suriyada hakimiyyətin siyasi keçidinin qarşısını alsalar, Vaşinqton onlara qarşı sərt tədbirlər həyata keçirəcək.
Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Con Kerri Brukinq İnstitutunda keçirilən Amerika-İsrail forumunda çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, hadisələrin bu cür inkişafı ABŞ üçün yolverilməzdir:
“Bu vəziyyət ABŞ və bütün Avropa ölkələrinin təhlükəsizliyinə təhdiddir. Əsəd hakimiyyətdə olduğu müddət ərzində Suriyada müharibə dayanmayacaq”.




