Keşikçidağ məsələsi müvafiq komissiyanın fəaliyyəti çərçivəsində həllini tapacaq.
Elchi.az xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili deyib.
O, Gürcüstan və Azərbaycanın dinamik əlaqələrə malik iki strateji tərəfdaş ölkə olduğunu vurğulayıb:
“Hazırda bizim iki ölkə arasında əlaqələrimiz çox dinamikdir. Biz hər iki ölkənin bir-birinə doğru atdığı addımları yüksək qiymətləndiririk. Qareci (Keşikçidağ-red.) məsələsinə gəldikdə isə, bunun konkret yeri var, müvafiq komissiya çərçivəsində bu məsələ həllini tapacaq. Biz azərbaycanlı tərəfdaşlarımızla bu istiqamətdə ünsiyyəti və məsləhətləşmələri davam etdirəcəyik”.
Rusiya səfiri Çexiya XİN-ə çağırılıb
Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...





