"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Kiçik çilə” niyə soyuq olur?

25 Yanvar 2016 - 09:23
in XƏBƏR LENTİ

Rəvayətə görə, çilələr qışın oğullarıdır. Çilələr həm də Novruza qədərki qışdan çıxmaq mərhələləri hesab edilir. Daha çox davam edən “Böyük çilə” 40, “Kiçik çilə” 20 gün, bundan sonra isə 1 ay davam edən “boz ay” olur.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

 Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutundan Trend-ə verilən məlumata görə, Azərbaycanın bəzi bölgələrində böyük çilədən çıxıb kiçik çiləyə keçəndə müəyyən mərasimlər keçirilir. Belə mərasimlərdən biri “çilə qarpızı” ilə əlaqədardır. Adətə görə, xüsusi yerlərdə yaydan saxlanılan “çilə qarpızları” kəsilir və ailənin bütün üzvləri bu təamdan dadır.

Kiçik çilənin birinci ongünlüyündə isə Xıdır Nəbi bayramı keçirilir: “Xıdır Nəbi bərəkət rəmzidir. Xalqın istəyi odur ki, qışdan çıxandan sonra yeni il onlar üçün bolluq və bərəkət gətirsin. Ona görə də Xıdır Nəbi bayramında xüsusi mərasimlər keçirilir: qovurğa qovrulur, qovut çəkilir və bu qovut qaba çəkilib bir tərəfə qoyulur ki, Xıdır Nəbi gəlib ona əlini çəksin və həmin il bolluq olsun”.

AMEA-nın Coğrafiya İnstitutundan isə Trend-ə bildirilib ki, qışın böyük və kiçik çilələrinin olması məsələsi yalnız Azərbaycan xalqı üçün xarakterikdir. Başqa xalqlarda qış bu formada mərhələlərə bölünmür.
İnstitutdan əlavə edilib ki, dekabrın 22-dən başlayaraq yanvarın 30-da bitən, təqribən 40 gün davam edən “Böyük çilə” dövründə hava tədricən soyuqlaşsa da, kəskin soyuqlar müşahidə edilmir. Eyni zamanda, güclü küləklər olsa da, onların intensivliyi az olur: “Azərbaycanda qışda ölkə ərazisinə yalnız arktik hava kütlələri daxil olanda hava soyuq keçir. Yanvarın sonunda temperatur bir qədər yüksək olanda havanın atmosfer təzyiqi aşağı düşür. Nəticədə də şimaldan daha soyuq hava kütlələri daxil olur”.

İnstitutdan qeyd edilib ki, iyirmi gün davam edən “Kiçik çilə” isə fevralın əvvəlindən başlayaraq, fevralın 20-dək müşahidə edilir: “Həqiqətən də “Kiçik çilə” “Böyük çilə”yə nisbətən həmişə daha soyuq, sərt olması ilə diqqəti cəlb edir. “Kiçik çilə”də havanın temperaturunun düşməsində daha çox kəskinlik müşahidə edilir, yağış və qar daha çox yağır. Yanvarın sonunda havanın temperaturu nisbətən mülayim olsa da, fevralda temperatur daha kəskin aşağı düşür. Bəzən elə olur ki, həmin dövrdə bəzi ağaclar tumurcuqlayır, amma fevralda kəskin soyuq onların hamısını məhv edir”.

İnstitutdan bildirilib ki, “Kiçik çilə”nin daha soyuq olduğu bildirilsə də, bu, elmi əsaslara söykənmir. Azərbaycanda məhz “Kiçik çilə”nin hansı səbəbdən daha soyuq keçməsinin səbəbini elmi əsaslarla izah etməkdən ötrü hər hansı elmi araşdırma aparılmayıb. Çilələrdə havaların necə keçməsi ilə bağlı fikirlər sadəcə, xalq müşahidələrinin nəticələridir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Nazir Cahangir Hacıyevi ittiham etdi

Next Post

Bakıya gələn qatar daşa basıldı – 2 nəfər yaralanıb

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Bakıya gələn qatar daşa basıldı - 2 nəfər yaralanıb

Peyğəmbərin saçı Ağalarovların konsert salonunda

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.