Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunu Ərdoğanın onun adına açdığı 28 iddiaya görə 110 ilə qədər həbs cəzası gözləyir. Elchi.az xəbər verir ki, bu barədə “Cümhuriyyət” qəzeti məlumat yayıb.
Kılıçdaroğlunun müdafiə tərəfi qeyd edir ki, seçkilərdə uduzduğuna görə deputat toxunulmazlığından məhrum edilib, məhkəməyə verilən əksər iddialarda isə Ərdoğanın özü iddiaçıdır. ən çox yayılan ittihamlar ölkə prezidentini təhqir etmək, nifrət və düşmənçiliyin qızışdırılması, həmçinin böhtandır.
Qeyd edək ki, mayın 28-də Kılıçdaroğlu son prezident seçkilərini ölkə tarixinin ən ədalətsiz dövrlərindən biri adlandırsa da, səsvermənin nəticələrinə baxmayaraq, demokratiya uğrunda mübarizəni davam etdirəcəyinə söz verib.
Havar Şəfiyeva






