"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Kilsə zənginə qalan ümidim…

22 Yanvar 2016 - 14:16
in KÖŞƏ YAZILARI

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

Bir neçə gündür ki, Tiflisdəyik. Hələ doğma vətəndə olarkən niyyətimiz bu idi ki, bura gələndə ilk işimiz gəzməli-görməli yerlərindən, insanlarından yazmaq olsun. Amma özümüzünkülər buna imkan vermədi. Necə deyərlər, yatan ölmür, yetən ölür.

Deməli, bir müddət qalmaq üçün ev axtarışına çıxdıq. Dostumuzun dostunun məsləhətiylə bir azərbaycanlı maklerlə evlərə baxmağa başladıq. Bu həmyerlimizin dilindən Allah, bacı, qardaş sözləri düşməz oldu. Hər şeyi təmənnasız edər oldu. Bizi gürcülərin pisliklərin qoruyar oldu. Biz də dedik, ay aman, Allah bizə göydən mələk göndərib. Nə isə, az getdik, üz getdik, onun tapdığı bir evə yerləşdik. Bizi yaşlı ev sahibəsi ilə tanış edib, onun da özü kimi mələk olduğunu dedi. Dedi ki, bu yaşlı qadın o biri gürcülərə bənzəmir ha…

Evin bir neçə əşyası və istilik sistemi çatışmırdı ki, qadın bir neçə gündə bunları həll edəcəyinə söz verdi. Biz də, Allah, sənə şükür deyib, burada qərar tutduq. İki aylıq kirayə pulunu qadına əvvəlcədən ödəməli olduq. “Mən sizi evlərə makler kimi yox, qardaş kimi aparıram” deyən qardaş ev sahibəsindən 100 dollar alıb yola düşdü.

Axşam oldu, ev sahibəsi qızı ilə gəldi, səhər olan söhbətləri, belə desək, təkzib etdilər, söz verdikləri şeylərin uzun müddətə başa gələcəyini dedilər. Biz də sakitcə “alınmırsa, vaxtında evdən çıxaq” dedik. Amma qorxduq ki, birdən ev sahibəsi pulumuzu qaytarmaq istəməz. Bu yerdə qardaş dilləndi ki, bəs mən qoyaram gürcülər sizin pulunuzu yesin? Nə isə, gürcü pulumuzu yemədi, sağ olsun. Amma qardaşın əvvəlcədən cibinə qoyduğu 100 dollarımızı ala bilmədik ki, bilmədik. Köməyimizə nə dilindən düşməyən Allah, bacı, qardaş kəlmələri çatdı, nə dost-tanış. Dedi, vermərəm ki, vermərəm. Min bəhanə gətirdi, min söz sadaladı (benzinim gedib, əziyyət çəkmişəm və sairə). Əlacsız qalıb “haram xoşun olsun” deyib həyatımıza davam etmək qərarına gəldik. Bizi yandıransa bunu bizə – bu ölkədə heç kimi olmayan adamlara bir həmyerlimizin etməsi oldu.

Yenidən dostlarla ev axtarışına çıxdıq. Allah-Allah, bacım, qardaşım deməyən dostlarla… Tapdıq da. Evə yenicə yerləşmişdik ki, mağazaya getməli olduq. Yaxınlıqdakı mağaza bağlı idi, uzağa getməyə də qorxurduq ki, birdən qayıdıb evi tapa bilmərik. Dilini, şəraitini bilmədiyimiz, adamlarını tanımadığımız bu yerdə bir qonşu köməyimizə çatdı. Bizi maşınıyla mağazaya apardı da, gətirdi də. Qayıdanda əliylə bir yerə işarə edərək bizə kilsələrini göstərdi.
Azərbaycanlı qardaşımız gözümüzü elə qorxutmuşdu ki, maşından düşəndə əziyyətinin haqqını, işlətdiyi benzinin pulunu ödəmək istədik. Dedi, o nə deməkdi, mən həkiməm, şofer deyiləm ki… Üstəlik, biz qardaşıq.

Tiflisə çatan gün bu yad millətdən, bu yad yerdən çəkinirdim. Gözüm doğma adamları, qulağım doğma dilimizi axtarırdı. İndi isə yaxınlıqdakı kilsənin zəng səsini eşidəndə dünyanın bütün yaxşı adamlarının doğma olduğunu xatırlayıram. Allah onların dilində yox, ürəyindədi. Ən əsası, onların sevgisi, yaxşılığı, qardaşlığı 100 dollarlıq deyil!
Dostlar, bütün bunları ona görə yazdım ki, özünüzü qoruyun, din pərdəsi altında gizlənənlərdən, qardaşım, bacım deyənlərdən qoruyun. Qoymayın ki, doğmalar qürbətdə sizi doğma dildə yanıltsın. Heç olmasa yadlara aldanın. Yadların oğurluğu, yalanı, qarəti adamı sarsıtmır, sarsıdan doğmaların əməli olur. Belə olanda isə ümid yadların kilsə zənginin çalınmağını gözləməyə qalır…

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycan kəşfiyyatı Ermənistanı lərzəyə salıb

Next Post

“Bunu Administrasiya edəcəksə, o zaman məhkəmələr nəyə lazımdır?”

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

"Bunu Administrasiya edəcəksə, o zaman məhkəmələr nəyə lazımdır?"

"İslahatlar aparmaq üçün fürsətlər var, amma..."

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.