Şimali Koreya lideri Kim Çen İn hərbi heyəti ilə görüşündə ölkənin nüvə potensialının tez və praktiki şəkildə genişləndirilməsinin vacibliyini bildirib.
Elchi.az xəbər verir ki,Şimali Koreyanın rəsmi xəbər agentliyi Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) verdiyi xəbərə görə, Kim Pxenyan “rəqib ölkələrin hərbi təlimlərinin şiddətlənməsi ilə üzləşdikdən” sonra Əmək Partiyasının Mərkəzi Hərbi Komissiyası ilə görüş keçirib.
Bildirilib ki, Kim Komissiya üzvləri ilə ölkəsinin müharibəyə hazırlığını müzakirə edib və nüvə potensialını artırmalı olduqlarını deyib.
Son həftələrdə Şimali Koreyanın silah sınaqlarına cavab olaraq ABŞ və Cənubi Koreyanın artan hərbi manevrlərinin qapalı dairəyə çevrildiyi və gərginliyi artırdığı vurğulanıb.
Nuranə




