Şimali Koreya lideri Kim Çen In Şimali Koreyanın azad edilməsində Sovet İttifaqının böyük rol oynadığını bildirərək, “Dostluğumuzun kökləri dərindir. İndi ölkəmiz üçün birinci prioritet Rusiya Federasiyası ilə əlaqələrdir” dedi.
Elchi.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Rusiyanın Amur vilayətindəki Vostoçnı kosmodromunda baş tutan görüşdən əvvəl açıqlama veriblər.
Kim Rusiyanın kosmik güc yaratmasının bu gününü və gələcəyini öz gözləri ilə gördüyünü və kosmos gücünün tam mərkəzində, çox xüsusi bir zamanda Rusiyada görüş keçirdiklərini bildirib.
Sovet İttifaqının Şimali Koreyanın azad edilməsində və müstəqilliyində böyük rol oynadığını deyən Kim, “Dostluğumuzun kökləri dərindir. İndi ölkəmiz üçün birinci prioritet Rusiya Federasiyası ilə əlaqələrdir. Əminəm ki, bizim müştərək görüş əlaqələrimizin yeni səviyyəyə qaldırılması üçün daha bir məqam olacaq”. dedi.
Şayəstə Hüseynova





