“Qurban kəsmək ayini bayram namazından sonra 3 gün davam edir. Nəzir qurbanını bayram qurbanı ilə qatmaq olmaz. Onu başqa vaxt kəsməlidir və ətindən də yeyə bilməz. Ancaq başqalarına paylamalıdır”. Bunu Elchi.az-a açıqlamasında
İlahiyyatçı-yazar, Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan deyib.
O, həmçinin əlavə edib:
“Qurbanda niyyət və məqsəd sırf Allaha olmalıdır. Peyğəmbərə, imamlara, pirlərə qurban vermək haram və İslamdan çıxmaqdır. Heyvanı müsəlman və təmiz adam kəsməlidir. Dələduz, yalançı, alverdə əli əyri və münafiqlərin kəsdiyi doğru deyil. Heyvanları kəsərkən qibləyə çevirmək lazımdır. Mütləq Allahın adı çəkilməli və Allah üçün kəsildiyi niyyət edilməlidir”.
Havar Şəfiyeva






