"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Kimlərsə bilərəkdən millətimizin axırına çıxmaq istəyir”

14 İyul 2016 - 08:14
in XƏBƏR LENTİ

<font color=red><b>“Kimlərsə bilərəkdən millətimizin axırına çıxmaq istəyir”</b></font>

Qüdrət Həsənquliyev: “Azərbaycan dünyada ən çox spirtli içki içilən və ən çox siqaret çəkilən ölkələr sırasındadır”

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev ölkəni başına götürmüş çay evlərində baş verən neqativ hallarla bağlı medianın, cəmiyyətin və müvafiq dövlət qurumlarının ayaqda olmasını təklif edib, vaxtında tədbir görülməsinin vacibliyini bildirib:
“Biz qanun qəbul etmişik ki, orta məktəblərin yaxınlığında spirtli içkilərin və tütün məmulatlarının satılması qadağandır. Gedin baxın, orta məktəblərin ətrafında görün hansı acınacaqlı mənzərədir? Elə mənim övladlarım oxuyan məktəbin ətrafında 3 çay evi var, amma adı çay evidir, içəridə spirtli içki də satılır, siqaret də, sulu qəlyan da. 13-14 yaşında uşaqlar məktəbləri əhatəyə almış qəlyan evlərinə bu yolla cəlb olunur. Hesab edirəm ki, ümumiyyətlə Azərbaycanda qəlyan evləri qadağan olunmalıdır və qanunları pozanlar sərt şəkildə cəzalandırılmalıdır”.
BAXCP sədri mətbuatı bu problemin üzərinə getməyə çağırıb: “Azərbaycan dünyada ən çox spirtli içki içilən və ən çox siqaret çəkilən ölkələr sırasındadır. Təhsil Nazirliyi də bu istiqamətdə tədbirlər görməlidir. İqtisadiyyat və Sənaye Nazirliyi ümumiyyətlə bu sahəyə nəzarəti həyata keçirmir. “Çay evi”ndə pivə satmaq olar? Qanunla qadağandır, amma satılır. “Çay evi”ndə necə qəlyan satıla bilər? Qanunla qadağan olsa da kimsə qanuna məhəl qoymur. Adini “çay evi” qoyub içində min hoqqadan çıxırlar. Ona görə də hesab edirəm ki, müvafiq qurumlar bu məsələyə bir əncam çəkməlidirlər. Gələcək nəsil sağlam olmalıdır ki, sonra onun təhsilinin qayğısına qalasan. Xəstə insan heç istəsə belə yaxşı təhsil də ala bilməz”.
Qüdrət Həsənquliyev müvafiq icra strukturlarının “çay evi” adlanan məkanlarda baş verənlərlə bağlı tədbir görmədiklərini və bunun anlaşılmaz olduğunu bildirib. Onun qənaətinə görə, ictimaiyyətin özü də bu məsələnin üstünə getməli, valideyinlər həyəcan təbili çalmalıdırlar: “Küçələrə baxın, məktəb yaşlı uşaqların az qala hamısının əlində siqaret, əksəriyyəti sulu qəlyan təklif edən çay evlərinin müştəriləridir. Orada spirtli içkilər də qəbul edirlər və belə qənaətə gəlmək mümkündür ki, kimlərsə bilərəkdən gənc nəslin tərbiyəsini korlamaqla millətimizin axırına çıxmaq istəyir. Qanundakı boşluqlar və qüvvədə olan mövcud qanunların işləməməsi bu cür acınacaqlı mənzərənin yaranmasına səbəb olur. Sizə bir misal gətirim: Qardaşım deyir ki, övladı ilə birlikdə xaricə gedibmiş, bir yerdə oturublar və oğlunu göndərib ki, durub onun üçün pivə alsın. Amma satıcı qardaşımın yerdən işarə edərək özü üçün istədiyini bildirməsinə baxmayaraq pivəni verməyib ki, qanun azyaşlının əlinə pivə şüşəsinin dəyməsini belə qadağan edir. Ona görə də pivə içirsənsə özün sifariş etməlisən. Qanun bu cür olmalıdır. Amma bizdə bu sahədə vəziyyət necədir? Lap 5 yaşındakı uşaq da gedib nəinki siqaret, hətta bir neçə şüşə spirtli içki də ala bilər. Ona görə həm cəmiyyət, həm əlaqədar dövlət orqanları çəkinmədən bu problemin üstünə getməlidir. Sonra gec olacaq”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Razi Nurullayevdən “yol polisi” ilə bağlı TƏKLİF – LƏĞV EDİLSİN

Next Post

Ünvanlı sosial yardım ləğv olunur, əvəzində…

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Ünvanlı sosial yardım ləğv olunur, əvəzində...

Bu toya heç kim gəlmədi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.