"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Kimsə düşünürsə ki, xalq buna görə üsyan edər, həmin adam nağıllar dünyasında yaşayır”

22 İyun 2020 - 12:11
in MANŞET, SİYASƏT

“Bəli, xalqımız dəyişiklik istəyir, ancaq bu dəyişikliklərin yuxarıdan islahatlar yolu ilə aparılmasını istəyir”

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Saakaşvili deyirdi ki, Gürcüstanda vergi və gömrük rüsumlarını 65% azaltmaqla büdcə gəlirlərini 12 dəfə artırmağa nail olub…
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az-a müsahibəsini təqdim edirik:– Qüdrət bəy, xaricdə antiazərbaycan qüvvələrin himayəsinə sığınmış bəzi adamlar payızda üsyan ola biləcəyindən danışırlar, bu cür fikirlərin nə dərəcədə əsası var? 
– Bilirsiniz, uzun illərin siyasi uğursuzluğu insanları ekstremizmə yuvarladır və bu tip insanlar irrasional bəyanatlarla çıxış edirlər. Öz arzu və xəyallarını gerçəklik kimi təqdim etməyə çalışırlar. Bizim xalqımız inqilablara meylli xalq deyil. Bunu tariximiz də sübut edir. Azərbaycanda hakimiyyət dəyişikliyi həmişə  bəzi hakimiyyət daxili qüvvələrlə xarici dövlətlərin iş birliyi nəticəsində baş tutub. Bu zaman xalqımızın daha yaxşı həyat arzulayan azsaylı vətənpərvər qüvvələrindən də bəzən istifadə olunub. Hazırda bütün dünyada olduğu kimi Azərbaycanda da pandemiya səbəbindən müəyyən sosial və psixoloji gərginlik yaşanır. Amma kimsə düşünürsə ki, xalq buna görə üsyan edər, deməli, həmin adam ciddi siyasətlə məşğul olmur və nağıllar dünyasında yaşayır. Mən həmin insanları real dünyaya qayıtmağa çağırıram. Bunun üçün onlar ölkəyə qayıtmalı, cinayət törədənlər əfv olunmalarını Prezidentdən xahiş etməli, əməkdaşlıq yolu ilə ölkəmiz qarşısında duran problemləri çözməyə çalışmalıyıq. Bəli, xalqımız dəyişiklik istəyir, ancaq bu dəyişikliklərin Prezident tərəfindən yuxarıdan islahatlar yolu ilə aparılmasını istəyir. Ümid edirəm biz tezliklə iqtisadiyyatın canlandırılması istiqamətində ciddi qərarların şahidi olacağıq.
– Hansı qərarlar qəbul oluna bilər?
– Mən əvvəllər də söyləmişdim, əhəmiyyətli miqyasda dövlət müəssiələri  özəlləşdirilməyə çıxarılmalı, bəziləri isə uzunmüddətli idarəetməyə verilməlidir. Dövlət bizneslə məşğul olmamalı, iqtisadiyyatda yalnız tənzimləyici rol oynamalıdır. Tikinti sektorunu canlandırmaq üçün bu sahədə, maliyyə-bank sektorunda islahatlar aparılmalıdır. Vergi və gömrük rüsumları xeyli aşağı salınmalıdır. Saakaşvili deyirdi ki, o Gürcüstanda vergi və gömrük rüsumlarını 65% azaltmaqla büdcə gəlirlərini 12 dəfə artırmağa nail olub. Bundan başqa güclü məhkəmə sistemi yaradılmalıdır, “göz çıxaran” qanun pozuntuları xarici investorların Azərbaycana gəlməsinin qarşısını alan ciddi faktorlardan biridir.
– Qüdrət bəy, pandemiyadan danışdınız, iki həftəlik “evdə qal” qərarına münasibətiniz necədir?
– Hökumət dünyada pandemiya elan olunanda dərhal preventiv addımlar atdı. Bunun nəticəsi olaraq epidemiya dünyada, qonşu ölkələrdə tüğyan edəndə bizdə yoluxanların sayı gün ərzində 20-30 nəfər arasında dəyişirdi. O zaman Sevinc Osmanqızı, Əli Kərimli çox pərt vəziyyətdə açıqlamalar verirdilər ki, bu hökumətin xidməti deyil, keçmiş sovet respublikalarında vərəm əleyhinə aparılmış peyvəndə görədir. Görəsən, indi hansı hissləri keçirirlər. İnsanlarımızın bir qismi də bu tipli açıqlamaların təsiri altında epidemiyanı ciddi qəbul etmədi, sosial məsafə saxlanılmadı, tibbi maskalardan istifadə olunmadı. Hələ o zaman mən bəyanatla çıxış etdim ki, ölkədə rəsmi olaraq karantin elan olunandan sonra epidemiyanın real təhlükə yaratmadığı barədə çıxış edən və belə materilları yayan şəxslərin inzibati məsuliyyətə  cəlb olunması barədə Qanun qəbul edək. Təəssüf ki, bunu etmədik. Ona görə də məhdudiyyətlər yumşaldılan kimi epidemiya yenidən sürətlə yayılmağa başladı. Amma bu dəfə hər kəs məsələnin ciddiliyinin fərqindədir və ümid edirəm ki, biz özümüzü və yaxınlarımızı qəbul edilmiş qərarlara ciddi əməl etməklə qoruyacağıq.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Zakir Həsənov Moskvada keçiriləcək hərbi parada iştirak edəcək

Next Post

DYP: Bəzi vətəndaşlar SMS icazə alıb rayona getmək istəyirlər

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Next Post
DYP: Bəzi vətəndaşlar SMS icazə alıb rayona getmək istəyirlər

DYP: Bəzi vətəndaşlar SMS icazə alıb rayona getmək istəyirlər

Gürcüstan sərhədlərini turistlər üçün açmağı təxirə sala bilər

Gürcüstan sərhədlərini turistlər üçün açmağı təxirə sala bilər

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.