Abşeron rayonunun Masazır qəsəbəsində valideyn himayəsindən məhrum olan və uşaq evlərini bitirən gənclərin yerləşdirilməsi üçün 120 mənzildən ibarət daha bir binanın açılışı olub.
Birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, iki blokdan ibarət binadakı mənzillərin hamısı yüksək səviyyədə təmir olunub, mebel və digər inventarla, o cümlədən mətbəx avadanlığı və yataq dəstləri ilə təchiz edilib. Binada körpələr evi, mərasim və digər tədbirlər üçün zallar yaradılıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva binanın rəmzi açılışını bildirən lenti kəsdi.
.jpg)
Uşaq evlərindən məzun olan gənclərin mənzillə təmin edilməsi və onların məşğulluğunun artırılması Heydər Əliyev Fondunun həyata keçirdiyi çoxsaylı layihələr sırasında mühüm yer tutur. Bununla da Azərbaycanın birinci xanımı Mehriban Əliyeva cəmiyyətdə çoxdan bəri mövcud olan narahatlığa son qoyur. Çoxdandır həllini gözləyən uşaq evlərindən məzun olan gənclərin sonrakı taleyi ilə bağlı ictimai narahatlıq məhz Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə aradan qaldırılır. Ötən illərdə paytaxtın müxtəlif yerlərində Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilən bu cür mənzillər Azərbaycan vətəndaşına, onun problemlərinin həllinə yönələn möhtəşəm layihə olmaqla yanaşı, həm də birinci xanımın sosial müdafiəyə daha çox ehtiyacı olan insanlara, xüsusilə də uşaq evlərindən çıxmış gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
.jpg)
Bu fikir yeni mənzilin sahibləri olan qızlarla görüşdə də dilə gətirildi. Qızlar Azərbaycanın birinci xanımına gördüyü işlərə, hər zaman onlara dəstək verdiyinə görə təşəkkür etdilər. Bu mənzillərin onlar üçün Yeni il ərəfəsində ən gözəl hədiyyə olduğunu dedilər. Mehriban Əliyeva da onları yeni mənzillərə görə və qarşıdan gələn bayramlar münasibətilə təbrik etdi. Sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ərazidə sayca üçüncü 120 mənzilli, 13 mərtəbəli binanın təməlini qoydu.
.jpg)
İnşa olunacaq binanın birinci mərtəbəsində uşaq bağçasının yerləşdirilməsi nəzərdə tutulub. Böyük sosial əhəmiyyəti olan bu layihənin icrası nəticəsində uşaq evlərini bitirən gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün binada trenajor, stolüstü tennis və internet zalları fəaliyyət göstərir. Qeyd edilən xidmət sahələrində də məzunların özləri çalışır ki, bu da onların işlə təmin olunmasında mühüm rol oynayır.
Bundan başqa Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xəzər rayonunun Binə qəsəbəsində yeni istifadəyə verilən 343 nömrəli körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub. Körpələr evi-uşaq bağçasının binasının tikintisinə Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində 2015-ci ildə başlanılıb. Tikinti işləri bu ilin avqust ayında tam yekunlaşıb.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi, məktəbəqədər təhsil müəssisəsində yaradılan şəraitlə tanış oldu.
Azərbaycanın birinci xanımına körpələr evi-uşaq bağçasında görülən işlər barədə məlumat verildi. Bildirildi ki, yaşayış evlərinin sıx yerləşdiyi qəsəbənin bu hissəsində əvvəllər uşaq bağçası olmayıb. İkimərtəbəli körpələr evi-uşaq bağçası 140 uşaq yerlikdir və 7 qrupdan ibarətdir. Müəssisə uşaqların zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək üçün lazımi inventarla təchiz edilib.
Heydər Əliyev Fondunun prezidenti uşaq bağçası-körpələr evinin balaca sakinləri ilə görüşdü, onlarla söhbət etdi, xatirə şəkli çəkdirdi.
Xəbərin oxunma sayı : 860
Siz