Rusiyanın gürcü əsilli müğənnisi Soso Pavliaşvilinin Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış etməsinin etirazlara səbəb olduğu barədə xəbər vermişdik. Bir neçə aydır ki, konsertin boykot edilməsi ilə bağlı başlayan kampaniyalar konsert günü də davam etdirilib.
Qarabağ Azadlıq Təşkilatının (QAT) bir qrup üzvü Qondarma “Dağlıq Qarabağ Respublikası”na konsertə getdiyi üçün Azərbaycanın qara siyahısına salınan, bir müddət əvvəl Azərbaycan ərazisinə giriş qadağasının ləğvi ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək ölkəyə girişinə icazə verilən Pavliaşvilinin konsertinin baş tutduğu Heydər Əliyev Sarayının qarşısında etiraz aksiyası keçirib. Polis aksiya iştirakçılarını sıxışdıraraq ərazidən uzaqlaşdırsa da, QAT üzvlərindən 10 nəfər 15 AZN-dən bilet alaraq tamaşaçı kimi konsert salonuna daxil olub və a gürcü müğənni ifasına başlayan kimi QAT üzvləri səhnəyə yaxınlaşmağa cəhd göstərib. Onlar “Rədd olsun ermənipərəst Soso!” şüarları səsləndiriblər, eyni məzmunda plakatlar qaldırıblar. Polis və daxili mühafizə xidmətinin əməkdaşları QAT üzvlərini saraydan uzaqlaşdırıb.
S. Pavliaşvilidən sonra dekabrın 10-u Kristal Hallda “Mən” adlı konsert proqramı ilə çıxış edəcək eməni əsilli, Rusiyanın xalq artisti Filip Krikorovun konsertinin boykot olunması ilə bağlı kampaniya başladılıb. “Filip Kirkorovu boykot edək” adlı kampaniyaya başladan Əvəz Zeynallı sosial şəbəkə vasitəsilə insanlara səslənib:
“Bu ölkədə milli azadlıq hərəkatının ildönümü olur, yer yox, milli günlərdə hər yer yasaq, az qala, tədbir keçirmək üçün bütün ölkə qapalıdır. Mahmudəli Çöhrəqanlı ölkəyə buraxılmır, Rabia xanıma yasaq var, Mustafa Cəmiloğlu Bakıya gələ bilmir, amma Kirkorov adlı bir yarıerməni var, Bakının ortasında, ən möhtəşəm saraylardan birində Yeni İl münasibətilə konsert keçirir. Erməni olsun, problem yox, biz Bakıda yüz mindən çox erməni barındırırıq, amma xeyir ola?! Mən bilən 1998-ci ildə həmin Kirkorovun konsertini zamanın prezidenti Heydər Əliyevə müraciətdən sonra dayandırmışdılar. Deməli, Kirkorovun konsertinə ehtiyac olmamalıdır. Boykot edək Filip Kirkorovu! Biletləri almayaq! Aldıqlarımızı qaytaraq!”
Ə. Zeynallı musavat.com saytına da başlatdığı boykot kampaniyası haqda danışıb: ““Mənim məsələm erməni əsillilərin Bakıya gəlməsi deyil, gəlsinlər. Mənim məsələm ermənilər belə Bakıya gəlirlərsə, niyə milli Azərbaycan və ya Türk davasının önəmli isimləri gələ bilmir sualına cavab axtarmaqdır. Ya da niyə biz Milli Məsələlər üçün bu ölkədə normal salonlar tapa bilmirik, amma hər cür Azərbaycan əleyhinə olan adam bu ölkədə ən yaraşıqlı salonlarda hər cür konsert verə bilir. Mənim düşüncəm o istiqamətdədir. O suallara cavab axtarıram”.
Qeyd edək ki, F. Kirkorovun konsertinə biletlər 10-500 manat arasındadır. Onun Bakıda ilk çıxışı martda, İqor Krutoyun yaradıcılıq gecəsində olub.