"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Kitabı Azərbaycan dilinə tərcümə edilən finlandiyalı professor Bakıya gəldi, ölkəsinin təhsil sistemindən danışdı – FOTO

23 Dekabr 2022 - 14:37
in CƏMİYYƏT

Azərbaycanla Finlandiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə “Kitabıstan” nəşriyyatı İsveç Kral Elmlər Akademiyasının üzvü, Finlandiyada İsveç Ədəbiyyatı Cəmiyyətinin sədri, Helsinki Universitetinin professoru Henrik Meynanderin “Finlandiya tarixində təhsilin rolu. Finlandiyada təhsil və həyat” mövzusunda konfransını təşkil edib.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Konfransda professor H.Meynanderin Kitabıstan tərəfindən nəşr edilmiş “Finlandiya tarixi” kitabı da təqdim olunub. Sözügedən konfransla Kitabıstan yeni layihəsinə – “Kitabistan Talks”a start vermiş oldu. Konfransın açılışında Kitabıstanın təsisçisi Şəhriyar Məcidzadə çıxış edib. O, professor Henrik Meynanderin “Finlandiya tarixi” kitabı və “Kitabistan Talks” layihəsinin əhəmiyyəti barədə məlumat verib.

Ş.Məcidzadə bildirib ki, Finlandiyanın digər ölkələrdən bir fərqi var: “O da budur ki, Finlandiyanın əsas yatırımı təhsilə, maarifçiliyə və vətəndaş cəmiyyətinə olub. Professor Meynanderin “Finlandiya tarixi” kitabı artıq Azərbaycan dilinə tərcümə edilib. Bu kitabın önəmi budur ki, siz Finlandiya tarixini xülasə şəklində həm oxuya biləcəksiniz, həm öyrənə biləcəksiniz, həm də öyrəndiklərinizi tətbiq edə biləcəksiniz”.

Daha sonra konfransda çıxış edən Finlandiyanın Cənubi Qafqaz regionu üzrə fövqəladə və səlahiyyətli səfiri xanım Kirsti Narinen qonaqları salamlayıb və konfransın təşkilatçılarına təşəkkür edib. O, çıxışı zamanı tarixi öyrənməyin önəmi haqqında da danışıb:

“Keçmişdə baş verən hadisələr bugünkü vəziyyətimizə təsir edir. Onlar bizə həm keçmişi öyrənmək, həm də daha yaxşı gələcək qurmaq üçün keçmişin təcrübəsindən istifadə etmək imkanı verir. Bunun üçün bizə tarix haqqında kitablar yazan və tarixi hadisələri anladan tədqiqatçılar, kitabı çap edib oxucuların ixtiyarına verən naşirlər lazımdır. Daha sonra isə onları oxuyan oxucular lazımdır”.

Keçirilən konfransın önəminə toxunan səfir bildirib ki, bu konfrans Azərbaycanla Finlandiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd edilməsinin ən yaxşı yoludur. Səfirin çıxışından sonra Kitabıstan tərəfindən xüsusi olaraq konfrans üçün hazırlanmış video təqdim olundu və daha sonra professor Henrik Meynander kürsüyə dəvət edildi.

“Kitabistan Talks”un ilk məruzəçisi kimi çıxış edən professor Henrik Meynander əvvəlcə Finlandiyanın keçdiyi inkişaf yolunun tarixi, sonra isə bu prosesdə Finlandiya təhsilinin rolundan bəhs edib. XVI-XVII əsrlərdə təhsilin cəmiyyətin inkişafına göstərdiyi təsirdən danışan professor bildirib:

“Evlənə bilmək üçün hər bir şəxs keşişə göstərməli idi ki, o oxumağı bacarır. Bunun üçün hər bir kənddə oxu dərsləri və imtahanları var idi. Şəhər yerlərində isə elita üçün məktəblər var idi. Lakin bu məktəblər dövlətə bağlı deyildi və özəl şəkildə yaradılmışdı. Bundan əlavə, bizim 1640-cı ildə dövlət – monarxiya üçün məmurlar yetişdirmək məqsədilə qurulmuş universitetimiz var idi”.

Sonda iştirakçıların suallarını cavablandıran Henrik Meynander Finlandiya təhsil sisteminin sirlərindən danışıb: “Finlandiya təhsilinin sərbəst təməl daşları üzərində qurulduğunu söyləmək olar. Əlbəttə ki, bunlardan biri hər bir finlandiyalının müqəddəs kitabı oxuya bilməsi ilə bağlı lüteran tələbinə əsaslanan təhsil mədəniyyəti və ənənəsidir. Digər səbəb isə məncə, daha çox təhsillə deyil, sosial strukturumuzla bağlıdır. Finlandiya və digər cəmiyyətlərdə müxtəlif sosial təbəqələr var. Ancaq Avropanın əksər hissələrinə nisbətən bizdə sosial təbəqələşmə çox aşağıdır. Beləliklə, sosial iyerarxiyanın aşağı olması həm də bütün uşaqlara vahid təhsil sisteminə uyğun olaraq təhsil verməyin daha asan olması deməkdir. Əlavə etmək istərdim ki, təhsili xüsusilə XIX əsrdə ruslaşmaya qarşı müdafiə adlandırmaq olar”.

Konfransın yekununda professor Henrik Meynander tarix elminə verdiyi töhfəyə və innovativ yanaşmasına görə Kitabıstanın fəxri vətəndaşı elan olundu və ona plaket təqdim edildi. Onu da qeyd edək ki, “Kitabistan Talks” layihəsi çərçivəsində dünyanın müsbət nümunələrini Azərbaycanda təqdim etmək üçün mütəmadi olaraq elmi konfranslar keçiriləcək.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Prezident “Xocəsən” stansiyasının açılışında – Foto

Next Post

Global Times: ABŞ-ın siyasəti Ukraynadakı münaqişəni daha sərt və gərgin edəcək

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Global Times: ABŞ-ın siyasəti Ukraynadakı münaqişəni daha sərt və gərgin edəcək

Global Times: ABŞ-ın siyasəti Ukraynadakı münaqişəni daha sərt və gərgin edəcək

Bayramov Rusiyada Lavrovla görüşdü

Bayramov Rusiyada Lavrovla görüşdü

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.