ABŞ Rusiyaya qanadlı raketlərin yerləşdirilib-yerləşdirilmədiyinə əmin olmaq üçün hərbi bazaları qarşılıqlı şəkildə təftiş etməyi təklif edib.
Elchi.az xəbər verir ki, bu barədə Bloomberg agentliyinə öz mənbələrinə istinadən məlumat yayıb.
Mənbə ABŞ-ın NATO-nun Rumıniya və Polşada yerləşən hərbi bazalarında “Tomoqavk” qanadlı raketlərinin olmadığına əmin olmaq üçün Rusiya tərəfini təftişə dəvət edib.
Əvəzində isə ABŞ Rusiyadan öz ərazisində olan analoji bazalardan məlumat almaq istəyir.
Təkliflə bağlı müzakirələrin diplomatik və hərbi kanallarla davam etdiyi bildirilir.






