Belarusda keçirilən Ukrayna-Rusiya danışıqları başa çatıb.
Elchi.az xəbər verir ki, bu barədə Ukraynanın Strana.today saytı məlumat yayıb.
Rusiya KİV-i isə danışıqların hələ davam etdiyini bildirir.
Danışıqlarda əldə olunan nəticə barədə rəsmi açıqlama hələ verilməyib.
***
14:52
Belarusda Rusiya-Ukrayna danışıqları başlayıb.
Elchi.az xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb.
Danışıqlar nəzərdə tutulan vaxtdan gec başlayıb.
***
11:26
Belarusda Rusiya-Ukrayna danışıqları saat 13:00-da (Bakı vaxtı ilə) başlayacaq.
Elchi.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya nümayəndə heyətinin danışıqlardakı rəhbəri, keçmiş mədəniyyət naziri Vladimir Medinski açıqlama verib.
Ukrayna tərəfini danışıqlarda deputat, Radada “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya təmsil edəcək.
Danışıqlarda Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin dayandırılması şərtləri müzakirə olunacaq.






