Ukrayna Hərbi Hava Qüvvələrinin nümayəndəsi Yuri İqnat “Rada” telekanalında bildirib ki, Ukrayna vəd edilmiş F-16-lardan başqa müasir xarici qırıcıları qəbul edə bilməyəcək.
Elchi.az bu barədə Mk.ru-ya istinadən xəbər verir.
Onun sözlərinə görə, İsveçdə istehsal olunan Gripen qırıcıları unikal təyyarələrdir. Onlar bir çox tapşırıqları yerinə yetirə bilirlər, lakin başqa daha müasir təyyarələr də var.
“Eyni zamanda, reallığa əsaslanaraq, biz bu avadanlığı mümkün qədər tez əldə etmək istəyirik. Və yəqin ki, biz F-16-dan daha sürətli heç nə əldə etməyəcəyik”, – deyə İqnat vurğulayıb.
Yeganə






