Ukraynanın 2023-cü il dövlət büdcəsinin hərbi xərcləri martda rekord məbləğdə artacaq.
Elchi.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak “Telegram” kanalında bildirib. Onun sözlərinə görə, bu il Ukraynanın hərbi xərcləri 13,5 milyard dollar təşkil edəcək:
“2023-cü ilin büdcəsinin yenidən dəyişdirilməsi planlaşdırılır. Hərbi xərclər 500 milyard qrivnadan (13,5 milyard dollar) çox artırılacaq. Bu, Ukrayna tarixində büdcədə ən böyük artımdır. Dəyişikliklər hələ bu ayın əvvəlində planlaşdırılır. Fevralda Ukraynanın ümumi büdcə xərcləri 6,1 milyard dollar təşkil edib”.
Yeganə




