Departament qeyd edib ki, ukraynalı tərəfdaşlar diqqətlərini İsrailə yönəldiblər.
Elchi.az xəbər verir ki, Qərb ölkələri dəstəyi dayandırsa, Kiyev hərbi əməliyyatlar keçirə bilməyəcək. Bu sözləri Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Gennadi Kovalenko ABŞ-dan olan nümayəndə heyəti ilə görüşdə deyib.
“Bizi dəstəkləməyi dayandırsanız, Ukraynanı unutun. Bu, çox sadədir”, “The Washington Post” onun sözlərindən sitat gətirir.
Kovalenko qeyd edib ki, ukraynalı tərəfdaşlar diqqətlərini Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinə yönəldiblər. Bundan əlavə, onun sözlərinə görə, ABŞ-dakı siyasi mübahisələr Kiyevə dəstəyin davam etdirilməsinə mane ola bilər.
Şayəstə Hüseynova






