Konqres Senatında Kiyevə yardım haqqında qanun layihəsinin təsdiqlənməsi ilə bağlı çətinliklər fonunda Ukrayna Qərb silahlarından imtina etmək və özünün istehsalına başlamaq istəyir.
Elchi.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.
Nəşrin məlumatına görə, Ukraynanın silah sənayesinin bərpası illər çəkəcək. Qeyd olunur ki, Qərb istehsalçıları çətin ki, Ukraynada ən müasir silahlar yaratsınlar.
WSJ qeyd etdiyi kimi, ABŞ-da Kiyevə yeni yardım paketinin təsdiqinə müqavimətin artdığı bir vaxtda Ukrayna üçün öz silah istehsalı xüsusilə vacibdir. Qərbin silah ehtiyatları getdikcə azalır və münaqişənin bitməsinə dair heç bir əlamət yoxdur.
Bundan əvvəl Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak bəyan etmişdi ki, ölkəsi Rusiya ilə paritetə nail olmaq üçün təkbaşına hərbi istehsalı artıra bilmir.
Dekabrın 5-də RTVI telekanalı Ukraynanın hərbi müxbiri Roman Boçkalanın təsadüfən Azərbaycanın digər ölkələrlə yanaşı, Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün 122 mm-lik mərmi istehsalı ilə məşğul olduğunu üzə çıxardığını bildirib. Boçkalanın bayraq tutduğu emalatxanadan çəkilmiş fotoşəkillərin birində onun solunda və sağında iki sütunda Azərbaycanın “Palladium” şirkətlər qrupunun rəmzlərinin əks olunduğu məlumat stendləri yerləşdirilib.
Nuranə Məmmədova






