Ukraynanın paytaxtı Kiyevdə komendant saatı elan olunub.
Elchi.az “Ukraina 24” telekanalına istinadən xəbər verir ki, bu barədə qərarı şəhər meri Vitali Kliçko elan edib.
Yerli vaxtla saat 22:00-dan səhər saat 07:00-a qədər vətəndaşlara xüsusi icazə olmadan çölə çıxmaq qadağan olunacaq.






