Ukraynanın paytaxtı Kiyevdə beşmərtəbəli yaşayış binasına zərbə endirilib.
Elchi.az “Unian.net”ə istinadən xəbər verir ki, bu barədə Kiyev şəhər administrasiyası məlumat yayıb.
Şəhər üzərində vurulan raketin qalıqlarının şəhərin Podolsk rayonunda yaşayış binasına düşməsi nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb, 12 nəfər isə xilas edilib.
Ümumilikdə, binadan 98 nəfər təxliyə olunub.






