Avropa Parlamentinin Fransadan olan üzvü Thierry Mariani TASS ilə söhbətində Ukraynanın Avropa İttifaqına üzv olmasını avropalı ailələr üçün ağır yük adlandırıb. Elchi.az bu barədə Lent.ru-ya istinadən xəbər verir.
“Ukraynanın Avropa Birliyinə daxil olması avropalı ailələr üçün vaxt bombası olacaq” – deyən o, avropalı vergi ödəyicilərinin Ukraynaya artıq 88 milyard avro xərclədiyini vurğulayıb. Bundan əlavə, 2027-ci ilə qədər Kiyev üçün 70 milyard avrodan çox vəsait saxlanılıb.
Mariani qeyd edib ki, ayrılan pul Ukrayna lideri Vladimir Zelenskinin “hədsiz ehtiyaclarını” maliyyələşdirmək üçün kifayət etməyəcək. Onun sözlərinə görə, Aİ-nin Ukrayna ilə bağlı siyasəti təkcə inflyasiyanın onların əmanətlərini məhv etdiyi bir vaxtda avropalılar üçün deyil, həm də imtina edən “atlantik güclər” ucbatından əziyyət çəkmək məcburiyyətində qalan ukraynalıların özləri üçün arzuolunmazdır.
Marianinin sözlərinə görə, Avropa ölkələrinin sakinləri sülhə can atırlar və Fransa və Almaniya münaqişənin həllində əsas rollardan birini oynamalıdırlar.
Havar Şəfiyeva






