Kiyevin nəzarətində olan Xerson şəhərində cümə axşamı, oktyabrın 19-u axşam saatlarında silsilə güclü partlayış səsləri eşidilib.
Elchi.az xəbər verir ki, bu barədə yerli şəhər administrasiyasının rəhbəri Roman Mroçko özünün Telegram kanalında danışıb.
Onun sözlərinə görə, Xersonun sahilyanı ərazilərində güclü partlayış səsləri eşidilib. Hadisənin başqa təfərrüatları barədə məlumat verilməyib.
Nuranə Məmmədova






