Fələstin HƏMAS hərəkatının məqsədi dünya dini müharibəsinə başlamaqdır.
Elchi.az xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Sky News telekanalında bildirib.
Kleverli qeyd edib ki, indi İsrail fələstinlilər və dinc əhali arasında itkilərdən yayınmalıdır. Belə hadisələrin qarşısının alınması İsrail hökumətinin maraqlarına uyğun olardı, çünki HƏMAS bu vəziyyətdən öz məqsədləri üçün istifadə edə bilər.
Eyni zamanda jurnalistlər nazirdən İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzza zolağına müdaxiləsinin tarixlərini deyə biləcəyini soruşublar . Bununla belə, diplomatik idarənin rəhbəri müvafiq məlumata malik olmadığını bəyan etməklə yanaşı, quru əməliyyatının qaçılmaz olduğunu da qeyd edib.
Nuranə Məmmədova






