Kiyev meri, UDAR partiyasının lideri Vitali Kliçko Potsdamda Ukrayna demokratik hərəkatının inkişafı və
möhkəmlənmısindəki xidmətlərinə görə M100 Media Award mükafatını alıb.
möhkəmlənmısindəki xidmətlərinə görə M100 Media Award mükafatını alıb. “Deutsche Welle”-nin verdiyi məlumata görə, Vitali Kliçko mükafatlandırma mərasimindən əvvəl Konrad Adenauer fondundakı çıxışında Avropa Birliyinin hərbi texnika verilməsinə qoyduğu qadağanı “amoral” adlandırıb.
“Biz indi təəssüf və dəstək sözlərindən daha çox şey gözləyirik. Ukraynanın Rusiya ilə dövlət sərhədinin təmin edilməsi üçün təcili texniki yardıma ehtiyacı var”, – Kliçko bildirib.



