Ukraynanın Müstəqillik Günündə Donetskdə Ukrayna hərbi əsirlərinin aşağılanması
cəzasız qalmayacaq. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bunu Kiyev meri Vitali Kliçko bəyan edib.
cəzasız qalmayacaq. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bunu Kiyev meri Vitali Kliçko bəyan edib.Kliçko öz facebook səhifəsində hadisə ilə bağlı yazıb: “Bizim əsgərləri ələ salanlara Ukrayna cavab verəcək. Bu gün Donetskdə baş verənlərə söz tapmaq olmur. Belə vəhşilik və yırtıcılıq bağışlana bilməz. Hər hansı amnistiyadan da söhbət gedə bilməz”.
Xatırladaq ki, az öncə Donetskdə separatçılar Ukrayna ordusunun əsir alınan əsgərlərinin “paradını” təşkil eləmişdi.



