Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Klinton Minnesota, Nyu Cersi və Nyu Yorkda baş vermiş hadisələrlə bağlı açıqlama verib.
Axar.az xəbər verir ki, Klinton baş verənləri terror hücumu adlandırıb. Prezidentliyə namizəd bildirib ki, bu hadisələr ABŞ-ın islamçılarla mübarizədə qərarlılığını artırmalıdır.
Qeyd edək ki, Minnesota ştatının Sen Klod şəhərində bir nəfər ticarət mərkəzindəki insanlara bıçaqla hücum etmişdi. Nəticədə 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alımışdı.
Nyu Yorkun Manhetten rayonunda baş vermiş partlayışda 25 nəfər yaralanmışdı. Nyu Cersidə isə xeyriyyə marafonu zamanı kustar üsulla quraşdırılmış bomba partlamışdı.




