“Laçın şəhəri, Zabux və Sus kəndləri artıq ölkəmizin tam nəzarətinə keçib. İndi orada Ermənistanın süni qalıqlarının təmizlənməsi və zəruri infrastrukturun yaradılmasına başlanılıb. Sonuncu qeyri-qanuni məskunlaşmış etməninin ayağı oradan çəkilən kimi cənab Prezidentin tapşırığı ilə dövlət qurumları işə başlayıb. Bir neçə günə orada işığımız olacaq. Gur yanan işığımız separatçıların gözünü qamaşdıracaq”.
Elchi.az xəbər verir ki, bu barədə millət vəkili Razi Nurullayev FB hesabında qeyd edib:
“44 günlük müharibə və sonrası hər zaman Prezident İlham Əliyevə inanmışam və inanıram. O arzularımızı gerçək edir, yuxumuzu çin edir. Tənqid etmək, danışmaq, bəyənməmək, narazı olmaq çox asandır, amma iş görmək, nəticə əldə etmək isə çox çətindir. Prezident İlham Əliyev nəticə əldə edir, dediyi sözü tutur, vədinə əməl edir. Buna görə şadam və inanıram ki, o bir gün Xankəndi şəhərinə daxil olub tarixi çıxışını da edəcək.
İnanaq və dəstək olaq ki, o gün daha da yaxınlaşsın”.
Şayəstə




