Kolumbiya prezidenti Qustavo Petro İsrailin Qəzzada Əl-Əhli Baptist Xəstəxanasına hücumu ilə bağlı “Bu, beynəlxalq səviyyədə araşdırılmalı olan bir müharibə cinayətidir” -deyib.
Elchi.az xəbər verir ki, Petro Qəzzada xəstəxanaya hücumla bağlı X sosial media platformasındakı paylaşımında bunları qeyd edib :
“Tibb işçiləri, xəstələr, yaralananlar və qaçqınlar da daxil olmaqla 800-dən çox insanın həyatını itirdiyi Qəzza xəstəxanasına hücum beynəlxalq səviyyədə araşdırılmalı olan hərbi cinayətdir”.
Dünyanın sülhü qəbul etməsi lazım olduğunu vurğulayan Petro, “Zəncirin ən zəif halqası olan Fələstinli mülki əhaliyə edilən hücumun heç bir etik və mənəvi əsası yoxdur”- qiymətləndirməsini edib.
ABŞ-ın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) Qəzzadakı qarşıdurmalara “fasilə” verilməsini tələb edən qətnamə layihəsinə veto qoymasından təəssüfləndiyini bildirən Petro, “Çox təəssüf ki, ABŞ-ın bu qərara qarşı çıxan yeganə ölkə olmasıdır.
Nuranə Məmmədova






