Kolumbiyada narkotik qruplarının təşkil etdiyi əməliyyatda 843 kilo kokain ələ keçirilib.
Elchi.az xəbər verir ki , “Caracol” saytının xəbərinə görə, Kartagena şəhərində həyata keçirilən əməliyyatda 3 konteyner daşıyan yük maşını saxlanılıb.
Axtarışlar nəticəsində konteynerlərdə gizlədilmiş 843 kiloqram kokain aşkar edilib.
Əməliyyatın Narkotiklərlə Mübarizə İdarəsi ilə birgə həyata keçirildiyi paylaşılıb.
Kokaini daşıyan yük maşınının Kartagenadan Barranquillaya doğru yolda olduğu və oradan da Karib dənizinə göndəriləcəyi bildirilib.
Nəzarətə alınan yük maşınının sürücüsü dindirilmək üçün prokurorluğa təhvil verilib.
Digər tərəfdən Kolumbiya Prezidenti Qustavo Petro əməliyyatı həyata keçirən narkotik qruplarını təbrik edib.
Kolumbiya, Panama və ABŞ təhlükəsizlik qüvvələrinin Karib dənizində keçirdiyi son birgə əməliyyatda 5,5 ton kokain ələ keçirilib.
Nuranə Məmmədova




