Kolumbiyada narkotik alverçilərinə qarşı keçirilən əməliyyatlar zamanı 5 tondan çox kokain müsadirə edilib.
Elchi.az xəbər verir ki, ölkənin Narino, Putumayo və Şimali Santander bölgələrində həyata keçirilən əməliyyatlarda 5 tondan çox kokain müsadirə edilib, iki laboratoriya və qeyri-qanuni istifadə edilən anbarlar məhv edilib.
Ordudan verilən açıqlamada mütəşəkkil cinayətkar təşkilatlara böyük zərbə vurulduğu bildirilib.
Bildirilib ki, əməliyyatlar aviasiya və quru qoşunlarının birgə əməkdaşlığı ilə həyata keçirilib.
Kolumbiya prezidenti Qustavo Petro sosial media hesabında əməliyyat keçirən narkotiklərlə mübarizə qrupunu təbrik edib.
Nuranə Məmmədova





