Kolumbiya 2019-cu ildə ayrıldığı Cənubi Amerika Millətlər İttifaqına (UNASUR) qayıdacağını açıqlayıb.
Keçmiş prezident İvan Duke dövründə UNASUR-dan ayrılan Kolumbiya, prezident Qustavo Petronun qərarı ilə birliyə qayıtmaq qərarına gəlib.
Elchi.az xəbər verir ki, Tvitter hesabında yazdığı paylaşımda Petro yenidən UNASUR-a qoşulacaqlarını bildirib və birliyin adının “Cənubi Amerika Millətləri Assosiasiyası” olaraq dəyişdirilməsini tələb edib.
“Konqresə təqdim edilən qanun layihəsinin təsdiqindən sonra biz UNASUR-a yenidən qoşulmaq qərarına gəldik və zaman keçdikcə plüralizm və daimiliyi təmin etmək üçün onun Cənubi Amerika Millətləri Assosiasiyası adlandırılmasını xahiş etdik”,-deyə bildirib.
2019-cu ildə UNASUR-u tərk edən Argentina martın 22-də, Braziliya isə aprelin 8-də geri qayıdacaqlarını açıqlayıb.
Nuranə Məmmədova





