"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Kommunal idarələr Bakını qışa necə hazırlayır?

10 Oktyabr 2018 - 13:39
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Son günlər havanın qeyri-sabit keçməsi, soyuqların düşməsi Azərbaycanda qış qayğılarını artırıb. Adətən, qış mövsümü əhalinin həyat və məişət şəraitində müəyyən problemlərin yaranması ilə xarakterizə olunur. Ölkə ərazisində havaların dəyişməsi həm də qaz, işıq və istilik təchizatında problemlərin yaranması ilə müşayiət olunur. Maraqlıdır, aidiyyatı qurumlar qışa necə hazırlaşır? Onlar əhalinin işıq, qaz, su problemlərinin yaranmaması ilə bağlı hansı işləri görür?

Elchi.az xəbər verir ki, modern.az məsələnin aktuallığını nəzərə alaraq, bəzi aidiyyatı qurumlara sorğu ünvanlayıb. Əlaqə saxladığımız dövlət qurumları heç bir problemin yaranmayacağını və qışa tam hazır olduqlarını bildirdilər.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbalayev bildirib ki, qurum tərəfindən 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar xüsusi plan tərtib edilib:

“Plan əsasında may-oktyabr aylarında yeni qaz xətləri çəkilib, istismara yararsız qaz xətləri yenilənib. 2018-ci ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar 4931 metr qaz kəməri dayaqlar üzərinə qaldırılıb.  Bərpa işləri müvəfəqiyyətlə həyata keçirilib. Bütün bunlar istehlakçıların qış mövsümündə dayanıqlı qaz təchizatı ilə təmin olunmasına hesablanıb”.

Qaz partlamalarına da toxunan qurum sözçüsü deyib ki, əhalinin istifadə etdiyi qaz cihazlarının, tüstü bacalarının təmizlənməsi “Azəriqaz” İstehsalat Birliyinin sərəncamında deyil:

“Lakin müvafiq qurumlarla birlikdə maarifləndirmə aparılır, mütəxəssislər bu prosesə cəlb olunur”.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev vurğulayıb ki, qurumun işləri mövsümlə əlaqədar deyil, daim müştəriləri elektrik enerjisi ilə təmin edir:

“İndiyə qədər yenidənqurma işləri aktiv olub. Bu da öz nəticəsini verir. Son günlərin küləklli, yağmurlu hava şəraiti elektrik enerjisinin təchizatında problem yaratmayıb. Tək Bakıda deyil, respublikanın bütün rayonlarında enerji təchizatı tam şəkildə həyata keçirilir.

Böyük ölçüdə yarımstansiyalar salınıb. Ağac dayaqların dəmir, beton dayaqlarla əvəzlənməsi baş tutub. Əhali istehlakçı qruplarda naqillərin özünüdaşıyan izolyasiyalı kabel naqillərlə dəyişdirilməsi həyata keçirilib. Təkcə bu ilin ilk 9 ayı ərzində 162 kənddə yenidənqurma işləri aparılıb. O kəndlərdə çürümüş ağac dayaqların dəmir beton dayaqlarla əvəzlənməsi, calaq naqillərin yenilənməsi müsbət nəticələr veirr. Qış nə qədər sərt keçsə də, bu bizi qorxutmur”.

T. Mustafayev qəza hallarının baş verə biləcəyini də istisna etməyib:

“Təbiətin şıltaqlığıdır, bizdən asılı olmayan səbəblərdən xoşagəlməz hadisə, qəza baş verərsə, fəsadları dərhal aradan qaldıracağıq. Qurumun aktiv qəza xidməti qış boyu fəaliyyət göstərərək, yaranan problemlərin operativ aradan qaldırılmasına çalışacaqlar”.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı da qurumun qışa hazırlıqla bağlı gördüyü işləri sadalayıb:

“Tam əminliklə deyə bilərik ki, qışa hazırıq. Kanalizasiya xətlərini, kanal kollektorlarını və s. işlək, saz vəziyyətə gətirmişik. Su təchizatı ilə bağlı heç bir problem yoxdur. Su kanalları, təmizləyici qurğular normal,  istismara tam hazır vəziyyətdədir.

Hər hansı problem yaşanarsa, qəza halları baş verərsə, “Azərsu”nun müvafiq qurumları, rayon su kanal idarələrinin işçilər müvafiq tədbirlər görəcəklər”.

A. Cəbrayıllının sözlərinə görə, qış mövsümündə qurumun balansında olan boruların, xətlərin donvurma ilə bağlı heç bir problemi olmur:

“Çünki borular standartlara uyğun, torpağın altı ilə çəkilib. Keçən qış mövsümlərində müşahidələr göstərir ki, donma halı baş verməyib. Ancaq insanların özlərinin çəkdiyi xətlərdə, həyət evlərində donma baş verir”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

2050-ci ilədək İspaniya əhalisinin sayı 50 milyon nəfərə çata bilər

Next Post

“Nazirliyin rəyi olmadan əgər kimsə bir ağac kəsirsə, onda özündən küssün” – Prezident

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
“Nazirliyin rəyi olmadan əgər kimsə bir ağac kəsirsə, onda özündən küssün” – Prezident

"Nazirliyin rəyi olmadan əgər kimsə bir ağac kəsirsə, onda özündən küssün" – Prezident

DGK-nın xətti ilə büdcə daxilolmaları 35% artıb

DGK-nın xətti ilə büdcə daxilolmaları 35% artıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.